AZ

“Milan” Nikolas Cekson üçün pusqudadır

ain.az xəbər verir, Fanat saytına əsaslanaraq.

İtaliya nəhəngi “Milan” yay transfer pəncərəsi üçün hücum xəttini gücləndirmək məqsədilə hədəfini müəyyənləşdirib.

Fanat.Az xəbər verir ki, “rossonerilər”in əsas hədəfi hazırda “Bayern”də icarədə olan Nikolas Ceksondur.

Məlumata görə, nə müqavilə ilə məxsus olduğu “Çelsi”, nə də icarə əsasında çıxış etdiyi Münhen təmsilçisi seneqallı hücumçunu növbəti mövsüm heyətdə saxlamaq niyyətində deyil.

Bu vəziyyət Milan klubunun işini asanlaşdırır və futbolçunun da İtaliyaya köçməyə müsbət yanaşdığı bildirilir. Tərəflər arasında ilkin təmasların artıq başladığı qeyd olunur.

Abunə Ol

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
15
1
fanat.az

2Mənbələr