İspaniyanın "Real" futbol komandasının hücumçusu Kilian Mbappe komandanın son məşqində iştirak etməyib.
Day.Az İdman.Biz-ə istinadən xəbər verir ki, fransalı forvard La Liqanın 31-ci turunda "Jirona" ilə matçda (1:1) aldığı zədə səbəbindən narahatlıq keçirir.
Mbappe qarşılaşmanın 88-ci dəqiqəsində rəqib cərimə meydançası daxilində Vitor Reysin üzünə vurduğu zərbə nəticəsində qaşından xəsarət alıb. Maraqlıdır ki, baş hakim Xavyer Alberola Roxas bu epizodda qayda pozuntusu qeydə almayıb və penalti təyin etməyib.
Qeyd edək ki, "Real" növbəti oyununu aprelin 15-də Çempionlar Liqasının 1/4 final mərhələsinin cavab qarşılaşması çərçivəsində "Bavariya"ya qarşı keçirəcək. İlk görüşdə madridlilər 1:2 hesabı ilə məğlub olublar.