AZ

"O, sistemimə asanlıqla uyğunlaşacaq" - Maykl Kerrik

“Mançester Yunayted”in baş məşqçisi Maykl Kerrik “Midlsbro”da birlikdə çalışdığı “Aston Villa”nın yarımmüdafiəçisi Morqan Rocersin bacarıqlarını yüksək qiymətləndirib.

"Ölkə.az" xəbər verir ki, Kerrik klub rəhbərliyinə bildirb ki, baş məşqçi postunda qalacağı təqdirdə, Rocers onun sisteminə asanlıqla uyğunlaşacaq.

Vurğulanır ki, 23 yaşlı yarımmüdafiəçi yayda satılarsa, “Aston Villa” rekord məbləğdə ödəniş tələb edəcək.

Bu mövsüm Rocers bütün yarışlarda 45 oyunda meydana çıxıb, 10 qol vurub və 7 məhsuldar ötürmə edib. Onun müqaviləsi 2031-ci ilin yayına qədərdir. “Transfermarkt”dakı məlumata görə, onun bazar dəyəri 80 milyon avrodur.

Seçilən
8
3
olke.az

4Mənbələr