AZ

Tramp Çinə xəbərdarlıq etdi: İrana yardım etsəniz, 50% rüsum olacaq

BAKI, 12 aprel. TELEQRAF

ABŞ Prezidenti Donald Tramp bəyan edib ki, Çin İrana hərbi yardım göstərərsə, Vaşinqton Pekinə qarşı 50 faizlik gömrük rüsumları tətbiq edə bilər.

Teleqraf xəbər verir ki, bu barədə "Fox News" telekanalına müsahibəsində Donald Tramp danışıb.

ABŞ lideri bildirib ki, əgər Çin İrana hərbi dəstək göstərərkən tutularsa, ona qarşı 50%-lik rüsum tətbiq olunacaq və bu, kifayət qədər ciddi addım olacaq.

Tramp həmçinin qeyd edib ki, oxşar iqtisadi sanksiyalar digər ölkələrə qarşı da tətbiq oluna bilər.

Seçilən
20
teleqraf.com

1Mənbələr