Polşa Ekstraklasasında 28-ci turun oyunları keçirilir.
QOL.az xəbər verir ki, Azərbaycan millisinin üzvü Renat Dadaşovun çıxış etdiyi "Motor" doğma meydanda "Rakov"u qəbul edib.
Qarşılaşmada qalib müəyyənləşməyib. Matçın 67-ci dəqiqəsində Mbaye Ndiayenin qolu ilə hesabda önə keçən meydan sahibləri qələbəni qoruya bilməyiblər. Qonaqlar əsas vaxta əlavə olunmuş dəqiqələrdə penalti şansı qazanaraq məğlubiyyətdən xilas olublar.
12 aprel
"Motor" - "Rakov" - 1:1
Qollar: M.Ndiaye, 67 // J.B.Brunes, 90+2-pen.
Renat Dadaşov matçın 79-cu dəqiqəsində meydana daxil olub.
Qeyd edək ki, bu nəticədən sonra “Motor” 39 xalla turnir cədvəlində 8-ci pillədə yer alır. "Rakov" isə 40 xalla 6-cı pillədə qərarlaşıb.