İngiltərə Premyer Liqasının 32-ci turunda “Nottingem Forest” öz meydanında “Aston Villa” ilə qarşılaşıb.
90deqiqe.Az-ın məlumatına görə, görüş 1:1 hesablı heç-heçə ilə başa çatıb.
Qonaqlar oyuna daha yaxşı başlayıb və erkən qola imza atıblar. Bu epizodda “Nottingem Forest”in futbolçusu Murillo avtoqol müəllifi olub.
Ev sahibi komanda 38-ci dəqiqədə hesabı bərabərləşdirib. Neko Uilyams fərqlənib, qolda isə assisti Kalum Hadson-Odoi edib.
İkinci hissədə hər iki komanda qələbə qolu üçün cəhd etsə də, matç bərabərliklə yekunlaşıb.
Bu nəticədən sonra “Nottingem Forest” 33 xalla turnir cədvəlində 16-cı pillədə qərarlaşıb. “Aston Villa” isə 55 xalla 4-cü sıradadır.