AZ

Qəbələ öz meydanında uduzdu

ain.az xəbər verir, Modern.az saytına əsaslanaraq.

Futbol üzrə Azərbaycan Premyer Liqasında XXVII turun daha bir oyunu keçirilib.

Modern.az xəbər verir ki, "Qəbələ" öz meydanında "İmişli"ni qəbul edib. Görüş qonaqların 1:0 hesablı qələbəsi ilə başa çatıb. Yeganə qolu 45-ci dəqiqədə Dieqo Rollo vurub.

Bu nəticədən sonra xallarını 26-ya çatdıran "İmişli" 9-cu pillədə qərarlaşıb. "Qəbələ" isə 19 xalla 11-ci sırada qalıb.

Tura bu gün Tovuz şəhər stadionunda keçiriləcək "Turan Tovuz" - "Sumqayıt" matçı ilə yekun vurulacaq. Qarşılaşma saat 18:00-da start götürəcək.

Qeyd edək ki, turun əvvəlki oyunlarında "Karvan-Yevlax" "Kəpəz"ə 4:1, "Neftçi" "Araz-Naxçıvan"a 2:1 hesabı ilə qalib gəlib, "Sabah" - "Zirə" (2:2) və "Şamaxı" - "Qarabağ" (0:0) oyunlarında isə qalib müəyyənləşməyib

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
21
11
modern.az

10Mənbələr