AZ

Starmer Oman sultanı ilə regional məsələləri müzakirə etdi 

Böyük Britaniyanın Baş naziri İslamabadda sülh danışıqlarının nəticəsiz qalması fonunda ABŞ və İranın atəşkəs rejiminə əməl etməyə davam edəcəklərinə ümid etdiyini bildirib.

Bakıvaxtı.az xəbər verir ki, Starmer bunu Oman sultanı Heysəm bin Tariq Əl Səidlə telefon danışığında qabardıb.

Qeyd olunur ki, tərəflər ABŞ və İranı yaranmış vəziyyətdən çıxış yolu tapmağa çağıraraq, danışıqları müzakirə ediblər. "Liderlər bütün tərəfləri gələcək eskalasiyadan çəkinməyə çağıraraq, atəşkəs rejiminin qorunub saxlanılmasının vacibliyini qeyd ediblər", - məlumatda bildirilir.

Starmer Hörmüz boğazında qəzaya uğrayan gəmilərdəki dənizçilərin xilas edilməsi istiqamətində ölkənin göstərdiyi səylərə görə Əl Səidə təşəkkür edib. Britaniya Baş naziri həmçinin bildirib ki, London tərəfdaşları ilə birlikdə uzunmüddətli perspektivdə naviqasiya azadlığının bərpa edilməsi üzərində işləyir.

Seçilən
12
5
bakivaxti.az

6Mənbələr