AZ

Ukrayna rusların müdafiə xəttini yarır: "Domino effekti" xəbərdarlığı

Ukrayna ordusu Yampol (Donetsk vilayətinin Kramatorsk rayonunda qəsəbə) yaxınlığında Rusiyanın müdafiə xətlərini yarır.

Musavat.com xəbər verir ki, rusiyalı "hərbi blogerlər" cəbhədəki vəziyyətlə bağlı xəbərdarlıq edərək "domino effekti" riskinə diqqət çəkirlər.

Xüsusilə "Rybar" "Telegram" kanalı Yampol rayonunda vəziyyətin kritik dərəcədə mürəkkəbləşdiyini, Ukrayna hücum dəstələrinin rusların ön müdafiə xəttini yarmağa nail olduğunu bildirir.

Mövcud məlumatlara görə, Ukrayna bölmələri artıq Rusiya səngərlərində möhkəmlənib ki, bu da həmin sektorda bütün cəbhənin dayanıqlığını təhlükə altına qoyur.

Bu manevr nəticəsində Rusiya tərəfi Liman şəhəri üçün təbii müdafiə səddi rolunu oynayan mühüm yüksəkliklər və meşə massivləri üzərində nəzarəti itirir. Əvvəllər qurulmuş müdafiə istehkamlarının Ukrayna Silahlı Qüvvələrinin hazırkı hücum dinamikasına tab gətirmədiyi vurğulanır.

"Z-blogerlər" "domino effekti"nin yaranma riski barədə xəbərdarlıq edirlər. Onların qiymətləndirmələrinə görə, bu sahədə operativ əks-hücumlar təşkil edilməsə, genişmiqyaslı əməliyyat boşluğu yarana bilər ki, bunu da təkbaşına Rusiya artilleriyasının qüvvəsi ilə qapatmaq mümkün olmayacaq. Sözügedən irəliləyiş Rusiya qruplaşmasının zəif cinahına endirilən məqsədyönlü zərbə kimi dəyərləndirilir.

Ukrayna qüvvələrinin Yampol meşələrindəki uğuru faktiki olaraq Rusiyanın Donbasdakı logistikasını pozur və Kiyevə şimal istiqamətində döyüş əməliyyatlarının tempini diktə etməyə imkan verir. Hazırda bu sektorda təşəbbüs tamamilə Ukrayna tərəfinə keçib.

Musavat.com

Seçilən
22
2
musavat.com

3Mənbələr