AZ

"Yuventus" həyatımı xilas etdi"

Yarımmüdafiəçi Jeremi Boqa icarə əsasında çıxış etdiyi “Yuventus”da qalmaq istəyib-istəməməsi barədə fikirlərini bölüşüb.

90deqiqe.Az xəbər verir ki, "DAZN" futbolçunun dediklərini belə çatdırıb.

“Yuventus” mənim həyatımı və karyeramı xilas etdi. Buraya gəlmək mənim üçün bir xəyal idi və indi çox xoşbəxtəm”

Qeyd edək ki, “Yuventus” yanvar ayında Boqanı Fransanın “Nitsa” klubundan satınalma şərti ilə icarəyə götürüb.

Onun Fransa klubu ilə müqaviləsi 2027-ci il iyunun 30-na qədər nəzərdə tutulub. Cari mövsümdə Fil Dişi Sahili millisinin üzvü Turin təmsilçisinin heyətində 11 oyunda 4 qol vurub və 1 məhsuldar ötürmə edib. “Transfermarkt”a görə futbolçunun bazar dəyəri 8 milyon avrodur.

Seçilən
25
90deqiqe.az

1Mənbələr