Xosep Qvardiolanın qızı Mariya belə desək, telefon seçimi ilə bir çoxlarını təəccübləndirib.
"Football-plus az" xəbər verir ki, sosial şəbəkələrdə bu xanımın işlətdiyi telefonun modeli marağa və müzakirələrə səbəb olub.
''Touchline'' adlı X-akkaunt bununla bağlı paylaşım edib. Orda Mariya Qvardiolanın atasının yanında olduğu bir şəkil paylaşılıb. Xanımın əlindəki telefonun modeli isə ''İphone 15 Pro''du. Məsələ burasındadı ki, bu, iki nəsil köhnə modeldi. ''İphone 15 Pro''dan sonra iki dəfə bu telefon yenilənib.
Paylaşımda qeyd olunub ki, atasının həftəlik 500 min avro məvacib qazanmasına baxmayaraq qızı köhnə model telefon işlədir. Şəkil qısa müddətdə sürətlə yayılıb. İnsanların buna reaksiyası fərqli olub. Bir çoxları öz köhnə telefonlarının onlar üçün dəyərli olduqlarını, Mariya Qvardiolanın da belə insanlardan biri olduğunu vurğulayıblar. Telefonun sadəcə ünsiyyət vasitəsi olduğunu və modelinin böyük önəm kəsb etmədiyini yazanlar da olub.
İstənilən halda Mariya Qvardiolanın ən azı bu məsələdə sadəliyi diqqət çəkib.
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta