AZ

Yampol yaxınlığında Ukrayna qüvvələri Rusiya müdafiə xəttini yarıb

Yampol rayonunda cəbhə xəttində vəziyyətin kəskin şəkildə pisləşdiyi, Ukrayna hücum dəstələrinin ön müdafiə xəttini keçərək rus mövqelərində möhkəmləndiyini bildirilir...

Poliqon xəbər verir ki, bu barədə Rusiya Medafiə Nazirliyinə yaxınlığı ilə tanınan "Rybar" teleqram kanalı məlumat yayıb. Kanalın yaydığı məlumata görə, Yampol rayonu yaxınlığında vəziyyət kritik şəkildə mürəkkəbləşib, Ukrayna hücum dəstələri ön müdafiə xəttini yarmağa nail olub. Bildirilir ki, Ukrayna bölmələri artıq Rusiya tərəfinin səngərlərində möhkəmlənib və bu, cəbhənin həmin sektorunda ümumi dayanıqlığı təhlükə altına salır.

Məlumatda qeyd olunur ki, bu manevr nəticəsində Rusiya qüvvələri Liman istiqamətində təbii müdafiə baryeri rolunu oynayan mühüm yüksəkliklərə və meşə massivlərinə nəzarəti itirir. Əvvəllər qurulmuş müdafiə sədlərinin və istehkam xətlərinin Ukrayna Silahlı Qüvvələrinin hazırkı hücum tempinə davam gətirmədiyi vurğulanır.

Rusiyalı hərbi bloqerlər həmin istiqamətdə “domino effekti” riskinin yarandığını bildirirlər. Onların qiymətləndirməsinə görə, operativ əks-hücumlar qısa müddətdə təşkil olunmasa, bu sahədə genişmiqyaslı əməliyyat boşluğu yarana bilər və onu yalnız artilleriya qüvvələri hesabına bağlamaq mümkün olmayacaq.

Müşahidəçilər hesab edirlər ki, baş verən yarılma Rusiya qruplaşmasının həssas cinahına yönəlmiş məqsədli zərbə kimi qiymətləndirilə bilər. Xüsusilə Yampol meşələrində Ukrayna qüvvələrinin əldə etdiyi üstünlük Donbasdakı Rusiya logistikası üçün əlavə təhdid yaradır və Kiyevə şimal istiqamətində döyüş əməliyyatlarının tempini diktə etmək imkanı verir.

Beləliklə, yayılan məlumatlara əsasən, Yampol bölgəsində təşəbbüs hazırda Ukrayna tərəfinin əlinə keçib. Əgər bu irəliləyiş möhkəmlənərsə, cəbhənin həmin hissəsində vəziyyətin daha da dəyişməsi və Rusiya müdafiə sistemində yeni zəif nöqtələrin üzə çıxması istisna edilmir.

Poliqon.info

Seçilən
28
poliqon.info

1Mənbələr