AZ

İslamabadda Əraqçi və Uitkoff arasında SÖZ DAVASI

İranın xarici işlər naziri Abbas Əraqçi və ABŞ-nin xüsusi nümayəndəsi Stiv Uitkoff arasında keçirilən danışıqlar zamanı tərəflər az qala əlbəyaxa dava edəcəklərini türkiyəli jurnalist Çetiner Çetin iddia edib.

Musavat.com xəbər verir ki, tərəflər arasında kəskin münaqişə Hörmüz boğazı ətrafındakı vəziyyətə görə yaranıb.

Məlumata görə, Uitkoff "boğazın istənilən şəraitdə açıq olmalı olduğunu" sərt şəkildə bəyan edib.

İranın xarici işlər naziri Abbas Əraqçi isə cavabında Tehranın danışıqlar masasında olduğunu və "heç bir əmri dinləmədiyini" vurğulayıb.

O həmçinin qeyd edib ki, ABŞ-nin boğazı açmaq üçün 40 gün vaxtı var idi, lakin indi "onlar boğazı bir dəqiqə belə aça bilməyəcəklər".

Musavat.com

Seçilən
13
3
musavat.com

4Mənbələr