Misli Premyer Liqasının 27-ci turu çərçivəsində bu gün öz səfərdə "Qəbələ"ni 0:1 hesabı ilə yenırək "İmişli"nin baş məşqçisi Jorje Kaşkilya oyunu şərh edib.
Fanat.Az xəbər verir ki, portuqaliyalı mütəxəssis matçın ardından təşkil edilən mətbuat konfransında belə danışıb:
"Oyunçularımı təbrik edirəm. Bizi dəstəkləmək üçün buraya gələn azarkeşlərimizi də həmçinin. Uzun müddət idi ki, qələbə qazana bilmirdik. Komandada ruh düşkünlüyü var idi. Son iki oyunda 4 xal qazandıq. "Turan Tovuz"un gücü bəllidir, "Qəbələ" də ağır rəqibdir.
Bu gün taktikamız gözəl işlədi. Belə oyunlarda taktika vacibdir. Standart vəziyyətlər üzərində məşqlərdə işləməyimizin nəticəsini gördük. Rəqibə çox qol fürsəti vermədik. Bu gün prezidentimizin doğum günüdür. Qələbəni ona həsr edirik".
Nihat