AZ

Dəhşətli müharibə statistikası: İranda 3300-dən çox insan öldü

ABŞ-İsrail əməliyyatının başlanğıcından bəri İranda 3 300-dən çox insan həlak olub.

Publika.az xəbər verir ki, bu barədə "Mehr" xəbər agentliyi İranın Təcili Tibbi Yardım Təşkilatının rəhbəri Cəfər Miadfara istinadən bildirib.

Son hesablamalara görə, 2 800 nəfərdən çox kişi və təxminən 500 qadın da daxil olmaqla, ümumilikdə 3 375 nəfər həlak olub.

Miadfar daha əvvəl ABŞ və İsrailin hücumları başlayandan bəri İslam Respublikasında azı 400 tibb müəssisəsinin zərər çəkdiyini bildirib. Nəticədə 26 tibb işçisi həlak olub, daha 188 nəfər yaralanıb.

Seçilən
16
1
publika.az

6Mənbələr