AZ

Mürəkkəb tənlikdə yeni oyunçu! Putin rəsmi olaraq mübarizəyə qoşuldu

ABŞ və İran arasında İslamabad şəhərində keçirilən 21 saatlıq mühüm danışıqlar nəticəsiz başa çatdıqdan sonra Rusiya prosesə qoşulub.

Turkustan.az xəbər verir ki, Rusiya prezidenti Vladimir Putin İran prezidenti Məsud Pezeşkian ilə telefon danışığı zamanı Yaxın Şərqdəki böhranın həllində vasitəçilik etməyə hazır olduğunu bildirib. O qeyd edib ki, Rusiya regionda sülhün təmin olunmasında fəal rol oynamağa hazırdır.

ABŞ və İran arasında aparılan danışıqlarda nüvə proqramı və Hörmüz boğazı kimi mühüm məsələlər üzrə razılıq əldə olunmayıb. Tərəflər uğursuzluğa görə bir-birini ittiham ediblər. İran ABŞ-ın etimad mühitinin formalaşdırılmasında uğursuz olduğunu bildirərkən, Vaşinqton Tehranın təkliflərini qəbul etmədiyini açıqlayıb.

Putinin vasitəçilik təşəbbüsü Moskvanın Yaxın Şərqdə təsir imkanlarını genişləndirmək strategiyasının bir hissəsi kimi qiymətləndirilir. Rusiya daha əvvəl İranla strateji tərəfdaşlıq müqaviləsi imzalayaraq regiondakı mövqeyini gücləndirib.

Ekspertlərin fikrincə, Kreml mövcud böhranı diplomatik təsirini artırmaq və qlobal enerji balansında daha fəal rol oynamaq üçün fürsətə çevirməyə çalışır.

Aytən Yaşar/ Turkustan.az

Seçilən
33
turkustan.az

1Mənbələr