ain.az bildirir, Ayna saytına əsaslanaraq.
"İranda müharibə ilə bağlı davamlı sonluq görməməyimiz məyusedicidir"
Böyük Britaniya hökuməti İslamabadda ABŞ-İran danışıqlarının nəticəsiz başa çatmasından məyusdur. AYNA.AZ xəbər verir ki, bu barədə Böyük Britaniyanın səhiyyə naziri Ues Stritinq “Sky News”a verdiyi müsahibədə deyib.
"İranda müharibə ilə bağlı davamlı sonluq görməməyimiz məyusedicidir", - deyə o bildirib.
Eyni zamanda, nazir sülh danışıqlarının davam etdirilməsinə ümid etdiyini əlavə edib: "Bu danışıqlar uğurlu olmasa da, bu, onları davam etdirmək cəhdlərindən imtina etməli olduğumuz anlamına gəlmir", - Stritinq vurğulayıb.
O Britaniya hökumətinin İslamabadda danışıqlar barədə şərh verən ilk üzvü olub.
Daha əvvəl ABŞ-ın vitse-prezidenti Cey.Di.Vens Tehranla məsləhətləşmələrdən sonra tərəflərin razılığa gələ bilmədiyini və Amerika nümayəndə heyətinin yekun təkliflə ABŞ-a qayıtmaq qərarına gəldiyini açıqlayıb.
Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.