AZ

Taker Karlsondan SENSASİON AÇIQLAMALAR - "Trampa yazığım gəlir"

Tanınmış amerikalı jurnalist Taker Karlson ABŞ-nin xarici siyasəti və Vaşinqton-Təl-Əviv münasibətləri barədə qalmaqallı açıqlamalar verib.

Musavat.com xəbər verir ki, jurnalist 1963-cü ildən bəri bütün Amerika prezidentlərinin İsrailin maraqlarına xidmət etdiyini iddia edib.

Jurnalist bildirib ki, məsələ təkcə Trampda deyil, əsas problem 9 milyonluq bir ölkənin (İsrail) 365 milyonluq nəhəng bir ölkəni (ABŞ) necə idarə etməsidir.

O, bu mexanizmin necə işlədiyini araşdırmağın vacibliyini vurğulayıb.

Karlson Donald Trampı "azad olmayan bir şəxs" kimi xarakterizə edərək, ona acıdığını bildirib:

"Bütün kölələr kimi Trampa da yazığım gəlir. O, hazırda azad deyil".

O, Trampın atəşkəs elanından sonra İsrailin Beyruta hücum edərək şərtləri qəsdən pozduğunu və bununla da atəşkəsin cəmi 2 saat çəkdiyini qeyd edib.

Taker Karlsonun fikrincə, Trampın və ya hər hansı bir Amerika prezidentinin ömrü boyu edə biləcəyi ən böyük səhv rejim dəyişikliyi məqsədilə İranla müharibəyə başlamaq olar.

Musavat.com

Seçilən
21
musavat.com

1Mənbələr