AZ

Sənədsiz evlərə su verilməyəcək - RƏSMİ + VİDEO

“2024-cü ildə Nazirlər Kabinetinin qərarı ilə, bu təkcə suya aid deyil, qanunsuz tikilən və sənədi olmayan evlərə su, qaz, və işığın qoşulması qadağan olunub və bunun artıq cinayət məsuliyyəti də var”.
 
Moderator.az xəbər verir ki, bu fikirləri “Xəzər TV”də yayımlanan “Cavabdeh” adlı müsahibədə ADSEA-nın sədri Zaur Mikayılov bildirib.
 
O qeyd edib ki, bu, stimullaşdırmanın azalmasıdır. Yəni insanlar bir yerdə ev tikməzdən əvvəl, sənədsiz olacağı təqdirdə kommunal xidmətlərdən istifadə edə bilməyəcəklərini anlayacaqlar.
 
Daha ətraflı süjetdə:
Seçilən
4
21
moderator.az

10Mənbələr