AZ

Romada tarixi kəşf: Kolezyumun əsrlərdir itmiş girişləri tapıldı

Sherg.az portalından verilən məlumata əsasən, ain.az bildirir.

Kolezyum ilə bağlı aparılan genişmiqyaslı bərpa işləri zamanı uzun əsrlərdir torpaq altında qalan giriş sütunları üzə çıxarılıb.

Sherg.azxəbər verir ki, İtaliyanın paytaxtı Roma şəhərində yerləşən bu tarixi abidədə həyata keçirilən renovasiya layihəsi nəticəsində amfiteatrın ilkin memarlıq elementləri yenidən görünən hala gətirilib. Layihə çərçivəsində arenanın ətrafına, vaxtilə böyük giriş sütunlarının yerləşdiyi yerləri göstərən yeni traverten mərmər bloklar quraşdırılıb.

Bərpa işləri həmçinin tamaşaçıların yerlərinə yönləndirilməsi üçün istifadə olunan qədim giriş nömrələrinin də üzə çıxarılmasına imkan verib. Antik dövrdə bu nömrələr kemərlərin yuxarı hissəsində, fasadın ilk karnizinin dərhal altında yerləşirdi ki, girişlər asanlıqla seçilə bilsin.

Layihənin memarı Stefano Boeri bildirib ki, əsas məqsəd ziyarətçilərə abidənin real ölçülərini və orijinal sərhədlərini hiss etdirməkdir. Onun sözlərinə görə, Kolezyumun ilkin səviyyələri – xüsusilə döşəmə (krepidoma) səviyyəsi yenidən üzə çıxarılıb, həmçinin uzun illər torpaq altında qalmış kemer açıqlıqları (fornikslər) tam ölçüdə görünən hala gətirilib.

Aparılan işlər nəticəsində Flavian Amfiteatrının plan quruluşu və həndəsi əsasları daha aydın oxuna bilir. Bununla yanaşı, yağış sularının axıdılması sistemi də yenidən qiymətləndirilib və bu sistemin qədim dövrdə şəhər infrastrukturu ilə sıx bağlı olduğu müəyyən edilib.

Nəticədə ərazi həm daha funksional hidravlik sistemə, həm də ziyarətçilər üçün daha əlçatan ictimai məkana çevrilib.

Qeyd edək ki, Kolezyum hər il milyonlarla turistin ziyarət etdiyi İtaliyanın ən məşhur turistik məkanlarından biri olaraq qalır.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
16
sherg.az

1Mənbələr