Bakı. Trend:
28 fevral -7 aprel aralığında ABŞ və İsrailin İrana qarşı hərbihava hücumları nəticəsində İranda ölən 3 375 nəfərin kimliyi İranınTibbi Ekspertiza Təşkilatı tərəfindən müəyyənləşdirilib.
Trend-inməlumatına görə, bunu İranın Tibbi Ekspertiza Təşkilatının sədriAbbas Məscedi yerli mediaya açıqlamasında deyib.
Onun sözlərinə görə, kimliyi müəyyənləşdirilənlərdən 2 875 nəfərkişi, 496 nəfər qadındır. Müharibə nəticəsində ən çox ölüm halıTehran, Hörmüzqan və İsfahan vilayətlərində qeydə alınıb.
Məscedi əlavə edib ki, kimliyi müəyyən edilənlərdən 7 nəfəri 1yaşdan aşağı, 255 nəfəri 1-12 yaş arası, 121 nəfəri isə 13-18 yaşarasıdır.
Təşkilat rəsmisi bildirib ki, ölənlərdən 1 761 nəfər 19-40 yaşarası, 907 nəfər 41-60 yaş arası 223 nəfər isə 61 yaşdanyuxarıdır.
“Təbii ki, İrana qarşı müharibədə ölənlərin əksəriyyəti İranvətəndaşıdır. Lakin ölənlər arasında Əfqanıstan, Suriya, Türkiyə,Pakistan, Çin, İraq və Livan vətəndaşları da var”, - deyə o qeydedib.
Qeyd edək ki, ABŞ və İran arasında nüvə proqramı ilə əlaqədarkonkret nəticələr əldə olunmadığına görə, 28 fevralda ABŞ vəİsrailin İrana qarşı hərbi hava hücumlara başlayıb və İran da həmingündən İsraili və ABŞ-nin regiondakı obyektlərini raket və PUA iləatəşə tutub. Pakistanın vasitəçiliyi ilə tərəflər arasında 7apreldə 2 həftəlik atəşkəs razılaşması əldə olunub. 11 apreldə ABŞvə İran arasında İslamabadda keçirilən danışıqlarda razılaşma əldəolunmayıb.