Demokrat.az saytından verilən məlumata əsasən, ain.az məlumatı açıqlayır.
Hər ay gələn işıq puluna baxıb "axı biz bu qədər nə işlətmişik?" deyirsinizsə, tək deyilsiniz. Əslində çoxumuz cihazları söndürdüyümüzü düşünəndə onlar hələ də gizli şəkildə enerji "yeməyə" davam edir.Evdəki bu görünməz xərcləri yaradan əşyalara "vampir cihazlar" deyirlər.
Məsələn, oyun konsolları, noutbuklar və böyük ekranlı televizorlar bu siyahının başındadır. Biz televizoru pultla söndürəndə o, tam qapanmır, sadəcə "gözləmə" rejiminə keçir ki, növbəti dəfə düyməyə basanda dərhal açılsın. Bax həmin o gözləmə müddətində sayğac dayanmadan fırlanır. Hətta mətbəxdəki mikrodalğalı sobanın ekranındakı saat belə, kiçik görünsə də, günün 24 saatı enerji istehlak edir.
Daha bir maraqlı məqam isə telefon adapterləridir. Çoxumuz telefonu şarjdan çıxarırıq, amma adapter prizdə qalır. O balaca cihaz orada qaldığı müddətdə az da olsa elektrik çəkir. İnternet modemləri, səs sistemləri və printerlər də eyni şəkildə faturanı şişirdən gizli qəhrəmanlardandır.
Bəs nə etməli? Əslində çarəsi çox sadədir. Cihazları sadəcə pultla deyil, tamamilə şəbəkədən ayırmaq lazımdır. Bunun üçün düyməli uzadıcı istifadə etmək ən rahat yoldur. Yatanda və ya evdən çıxanda bircə düyməni basmaqla bütün cihazların enerjisini tam kəsə bilərsiniz.Bu kimi kiçik vərdişlər ilin sonunda cibinizdə xeyli məbləğin qalması deməkdir.İsmayıl
Demokrat.az
Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.