AZ

İsrail konsulluğuna hücumla bağlı 12 nəfər saxlanıldı

Türkiyə hüquq-mühafizə orqanları aprelin 7-də İsrailin İstanbuldakı konsulluğuna təşkil edilən silahlı hücumla bağlı araşdırmalar çərçivəsində 12 nəfəri saxlayıb. Saxlanılan şəxslər zorakılığa təhrik etməkdə və terror aktının icraçılarını silahla təmin etməkdə ittiham olunurlar.

NOCOMMENT.az xəbər verir ki, xatırladaq ki, baş vermiş silahlı toqquşma zamanı hücum edənlərdən biri öldürülmüş, digər ikisi isə yaralanmışdı. Hadisə nəticəsində ağır yaralanan bir Türkiyə polisi də aparıldığı xəstəxanada dünyasını dəyişib. Hazırda faktla bağlı genişmiqyaslı istintaq tədbirləri davam etdirilir.

Sara

Seçilən
23
nocomment.az

1Mənbələr