AZ

Tramp Çinə xəbərdarlıq etdi

ABŞ Prezidenti Donald Tramp Çinə xəbərdarlıq edib.


Manset.az xəbər verir ki, Donald Tramp Ağ Ev qarşısında jurnalistlərlə söhbəti zamanı bildirib ki, Pekin İrana silah tədarük edəcəyi təqdirdə Çin böyük problemlərlə üzləşə bilər.

“Əgər bunu etsə, Çin üçün böyük problemlər yarana bilər”, – deyə ABŞ Prezidenti vurğulayıb.

Bundan əvvəl CNN telekanalı kəşfiyyat hesabatına istinadən xəbər yayıb ki, Çin üçüncü ölkələr vasitəsilə daşınan zenit-raket kompleksləri partiyasını göndərməyə hazırlaşır. Çinin ABŞ-dakı səfirliyi isə xəbəri təkzib edib. Bildirilib ki, Pekin münaqişənin heç bir tərəfinə silah vermir.

Seçilən
0
16
manset.az

10Mənbələr