AZ

“Qalatasaray” 23 yaşlı futbolçu üçün HƏRƏKƏTƏ KEÇİR - İtaliya və İngiltərədən rəqibləri var

Türkiyənin “Qalatasaray” klubu növbəti mövsüm üçün transfer çalışmalarına start verib.

Musavat.com xəbər verir ki, “Fichajes” nəşrinin məlumatına görə, “Qalatasaray” “Real Madrid”də hazırda əsas heyətdə öz mövqeyini itirmiş gənc ispaniyalı müdafiəçi Raul Asensionu heyətinə qatmaq istəyir.

Xəbərdə bildirilir ki, futbolçuya yalnız Türkiyə klubu deyil, həm də “Napoli” və “Everton” kimi Avropanın güclü komandaları da maraq göstərir.

image_1775988560675.jpg

Qeyd olunur ki, “Real Madrid” rəhbərliyi Raul Asensio ilə bağlı yekun qərarını mövsümün sonunda verəcək.

Musavat.com

Seçilən
40
2
musavat.com

3Mənbələr