AZ

Rəsmi Kiyev əsirlərin növbəti mübadiləsinin anonsunu verib

Kiyev, 12 aprel, AZƏRTAC

Ukrayna ilə Rusiya arasında əsir mübadiləsinin yeni mərhələsi gələn həftənin sonunda mümkündür.

AZƏRTAC xəbər verir ki, bunu “Novosti.LIVE”-ə verdiyi açıqlamasında Ukrayna Prezidenti Ofisinin rəhbəri Kirill Budanov söyləyib.

O bildirib ki, 11 apreldə 182 ukraynalının geri qaytarılmasından sonra növbəti mübadilə üçün hazırlıqlar gedir.

"Ümid edirəm ki, həftənin sonu başqa bir mübadilə baş tutacaq”,- deyə Ofis rəhbəri qeyd edib.

Xatırladaq ki, Ukrayna və Rusiya Pasxa bayramı ərəfəsində genişmiqyaslı əsir mübadiləsi aparıblar. 175 hərbçi və yeddi mülki şəxs evə qaytarılıb.

Emil Hüseynli
AZƏRTAC-ın xüsusi müxbiri
Kiyev
Seçilən
32
4
azertag.az

6Mənbələr