AZ

Poqbadan gələcəyi ilə bağlı mühüm açıqlama

Fransa millisinin məşhur yarımmüdafiəçisi Pol Poqba “Monako”dan ayrılacağı ilə bağlı yayılan şayiələri təkzib edib.

Publika.az xəbər verir ki, 33 yaşlı yarımmüdafiəçinin sözlərini “Foot Mercato” sitat gətirib.

“Özümü çox yaxşı hiss edirəm və komandama Çempionlar Liqası məqsədimizə çatmaq üçün mümkün qədər kömək etmək istəyirəm. Dəqiqələrimi toplamağa, formaya düşməyə çalışıram və düşünürəm ki, hər şey zamanla gələcək. Çox yaxşı oyun sərgilədiyimizi bilirik, ona görə də komanda artıq yaxşı vəziyyətdə olduqda oyuna qayıtmaq və dərhal başlamaq asan deyil. Mövsümün sonuna qədər komandaya əlimdən gələn hər cür kömək etmək üçün buradayam.

Növbəti mövsüm haqqında düşünürəmmi? Hələ də “Monako”dayam və eşitdiyimə görə, uzun müddət birlikdə olacağıq. Yalnız növbəti bir neçə oyun haqqında düşünürəm”, – deyə oyunçu bildirib.

Seçilən
20
publika.az

1Mənbələr