Bu gün Azərbaycan Premyer Liqasında 27-ci tura yekun vurulacaq.
Msport.az xəbər verir ki, son oyun günündə 2 matç olacaq.
Autsayderlərdən olan “Qəbələ” öz meydanında “İmişli”ni qəbul edəcək. Komandaların ilk dövrədəki matçında 2:2 hesabı qeydə alınıb. İkinci dövrənin oyununda isə “Qəbələ” rəqibindən üstün olub – 3:2.
Günün və turun son matçı Tovuzda olacaq. “Turan Tovuz” doğma meydanında “Sumqayıt”la üz -üzə gələcək. Bu mövsüm meydançada yaranan problemlər səbəbindən “Turan Tovuz” ev oyunlarını Bakıdakı “Azərsun Arena”da və Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda keçirirdi.
12 aprel (bazar)
Misli Premyer Liqası
27-ci tur
15:30. “Qəbələ” – “İmişli”
Qəbələ şəhər stadionu
18:00. “Turan Tovuz” – “Sumqayıt”
Tovuz şəhər stadionu
10 aprel (cümə)
“Karvan-Yevlax” – “Kəpəz” – 4:1
11 aprel (şənbə)
“Neftçi” – “Araz-Naxçıvan” – 2:1
“Sabah” – “Zirə” – 2:2
“Şamaxı” – “Qarabağ” – 0:0