AZ

"Qəbələ"də ciddi itki - 15 gündən sonra məşqləri bərpa edəcək

"Qəbələ" Xayme Sierranın xidmətindən bir müddət yararlana bilməyəcək.

Sportal.az xəbər verir ki, Misli Premyer Liqasının 25-ci turunun "Turan Tovuz"la görüşündə sağ ayağından zədələnmiş ispan futbolçu 10-15 gündən sonra məşq edə biləcək. 

Ötən turu da zədə səbəbindən buraxmış ispanın bu turda da meydana çıxmayacağı dəqiqdir.

Qeyd edək ki, "Qəbələ" Misli Premyer Liqasının 27-ci turu çərçivəsində “İmişli”ni qonaq edəcək və matça 15:30-da start veriləcək.

 

saytlarin hazirlanmasi

Seçilən
29
1
sportal.az

2Mənbələr