Bakı, 12 aprel, AZƏRTAC
Suraxanı rayonu ərazisində yerləşən anbarların birindən 13 ədəd dəmir darvaza və su çənlərinin oğurlanması barədə polisə məlumat daxil olub.
DİN-in mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, polis əməkdaşlarının həyata keçirdikləri tədbirlərlə əməli törətməkdə şübhəli bilinən İ.Məmmədov, A.İmanov, N.Albabayev və H.Babayev müəyyən edilərək saxlanılıblar. Onların oğurladıqları əşyaların bir hissəsini əlvan metal qəbulu məntəqələrinə satdıqları müəyyən edilib.
Araşdırma aparılır.
Həmçinin Bakıda polis cibgirlik əməllərində şübhəli bilinən əvvəllər məhkum olunan 37 yaşlı Z.Kəlfəliyevi saxlayıb. Onun Xəzər rayonunda bir vətəndaşa məxsus içərisində 650 manat və bank kartı olan pul kisəsini ələ keçirdiyi məlum olub.
Həmin şəxsin digər analoji əməllərinin müəyyən edilməsi istiqamətində araşdırmalar davam etdirilir.
Araşdırmalar davam etdirilir.