AZ

Azərbaycan millisinin sabiq hücumçusu Fransadan geri qayıtdı - VİDEO

Voleybol üzrə Azərbaycan millisinin sabiq hücumçusu Natalya Məmmədova Bakıya gəlib.

Sportinfo.az xəbər verir ki, o, voleybol üzrə Yüksək Liqanın yarımfinalında keçirilən Milli Aviasiya Akademiyası – “DH Volley” matçında iştirak edib.

Qarşılaşmadan öncə Azərbaycan Voleybol Federasiyası tərəfindən Natalya Məmmədovaya gül hədiyyə olunub.

Natalya Məmmədova karyerasına Ukraynada başlayıb.

Bu ölkənin yeniyetmələrdən ibarət millisində Avropa çempionatının gümüş medalını qazanan Nataliya Azərbaycana gəldikdən sonra soyadını dəyişərək Məmmədova olub. O, bunadək Skazka soyadını daşıyıb.

2004-cü ildə millimizdə debüt edən Natalya Məmmədov karyerası ərzində Bakının “Azərreyl”, Rabitə, İsveçrənin “Volero”, İtaliyanın “Keri”, İspaniyanın “İkaro”, Türkiyənin “Türk Telekom”, Rusiyanın “Dinamo”, “Omiçka”, “Dinamo Kazan” kimi klublarının şərəfini qoruyub.

2011-ci ildə “Rabitə” ilə FIVB Klublararası dünya çempionatının qalibi olub.

Natalya Məmmədova karyerasını bitirdikdən sonra Fransada yaşayır.

Seçilən
11
sportinfo.az

1Mənbələr