AZ

Ronaldu yenə qol vurdu: 1000-ə nə qaldı?

Portuqaliyalı superulduz Kriştianu Ronaldunun çıxış etdiyi "Əl-Nəsr" Səudiyyə Ərəbistanı Pro Liqasının 28-ci turunda "Əl-Ahdud" ilə qarşılaşıb. 

Fanat.Az xəbər verir ki, Ronaldunun komandası görüşdən 2:0 qalib ayrılıb.

Hesabı 15-ci dəqiqədə məhz Kriştianu açıb. Bununla da o, karyerasında 968-ci qolunu vurub. Ulduz hücumçu 1000 qol hədəfinə çatmaq üçün daha 32 qol vurmalıdır. 

Qələbə "Əl-Nəsr"ə Pro Liqadakı ən yaxın rəqibi üzərində beş xallıq üstünlüyünü bərpa etməyə imkan verib.

Seçilən
1
fanat.az

1Mənbələr