AZ

Quba ilə bir neçə kəndin əlaqəsi kəsildi - Video

Quba rayonunun Qonaqkənd kəndi istiqamətində baş vermiş torpaq sürüşməsi nəticəsində rayon mərkəzi ilə bir neçə kəndi birləşdirən avtomobil yolu sıradan çıxıb.

Bu barədə Ucnoqta.az-a Fövqəladə Hallar Nazirliyindən bildirilib.

Qeyd olunur ki, hazırda aidiyyəti qurumlar tərəfindən alternativ yolun tikintisi istiqamətində tədbirlər görülür.

Bununla əlaqədar aprelin 11-də Quba Rayon İcra Hakimiyyətinin müraciəti əsasında 3 ton ərzaq və gündəlik tələbat malları Fövqəladə Hallar Nazirliyi Mülki müdafiə qoşunlarının xüsusi təyinatlı avtomobilinə yüklənilərək Qonaqkənd kəndinə göndərilib.

Çətin keçidli və mürəkkəb relyefli ərazilərdən keçilərək mallar təyinat ünvanına çatdırılıb.

 

Seçilən
22
32
ucnoqta.az

10Mənbələr