AZ

Qubanın Qonaqkənd kəndinə sürüşmə sonrası yardım çatdırıldı- VİDEO

Quba rayonunun Qonaqkənd kəndi istiqamətində baş verən torpaq sürüşməsi nəticəsində rayon mərkəzi ilə bir neçə kəndi birləşdirən avtomobil yolu yararsız hala düşüb.

"Unikal" xəbər verir ki, hadisənin son günlər yağan intensiv yağışlar səbəbindən baş verdiyi bildirilir. Hazırda aidiyyəti qurumlar tərəfindən alternativ yolun çəkilməsi istiqamətində işlər davam etdirilir.

Fövqəladə Hallar Nazirliyinin Mətbuat xidmətindən verilən məlumata görə, vəziyyətlə əlaqədar aprelin 11-də Quba Rayon İcra Hakimiyyətinin müraciəti əsasında kəndə yardım göndərilib.

Belə ki, 3 ton ərzaq və gündəlik tələbat malları Mülki müdafiə qoşunlarının xüsusi təyinatlı avtomobili ilə çətin keçidli dağlıq ərazilərdən keçirilərək təyinat ünvanına çatdırılıb.

Hazırda ərazidə vəziyyət nəzarətdə saxlanılır.

Seçilən
31
2
unikal.az

4Mənbələr