AZ

Tehran: Neft emalı obyektləri sürətlə bərpa olunacaq

Tehran:

İran zədələnmiş neft emalı obyektlərinin əvvəlki gücünün 70-80%-ni bir-iki ay ərzində bərpa etmək iqtidarındadır.

Xalqcebhesi.az xəbər verir ki, bu barədə İslam Respublikasının neft nazirinin müavini Məhəmməd Sadiq Əzimifər bildirib.

"SNN" telekanalı onun sözlərindən sitat gətirir:

"Zədələnmiş neft emalı obyektlərinin əksəriyyətində 1-2 ay ərzində əvvəlki gücün 70-80%-nə qayıda biləcəyik. Gələcəkdə, orta və uzunmüddətli perspektivdə isə fəaliyyətimizi 100% bərpa etmək mümkün olacaq."

Məryəm Quliyeva

Seçilən
18
2
xalqcebhesi.az

3Mənbələr