Ötən gün Tərtər rayonunda qətl törətməkdə şübhəli bilinən şəxs saxlanılıb.
KONKRET.az “Report”a istinadən xəbər verir ki, polis əməkdaşlarının keçirdikləri tədbir nəticəsində 1999-cu il təvəllüdlü, əslən Ağdam rayonunun İlxıçılar kəndindən olan Nabil Saleh oğlu Aslanov bıçaqlayaraq qətlə yetirməkdə şübhəli bilinən 1995-ci təvəllüdlü Səfixan Nağıyev saxlanılaraq istintaqa təhvil verilib.
Faktla bağlı araşdırmalar davam etdirilir.