AZ

Qusarda güclü yağışların fəsadları aradan qaldırılır - FOTO

Qusar Rayon İcra Hakimiyyətinin başçısı Sahir Məmmədxanov və RİH başçısı aparatının bir qrup məsul şəxsi rayon ərazisində son günlər müşahidə olunan intensiv yağıntılardan sonra mövcud vəziyyətin yerində öyrənilməsi, fəsadların aradan qaldırılması istiqamətində görülmüş işlərlə, həmçinin yerlərdə aparılan abadlıq-quruculuq işləri və infrastruktur layihələrinin icra vəziyyəti ilə tanış olmaq məqsədilə aprelin 11-də  Yuxarı Tahircal, Zuxul və Hil kəndlərində olublar.

Bizim.Media xəbər verir ki, əvvəlcə Yuxarı Tahircal kəndində güclü yağışların fəsadlarının aradan qaldırılması istiqamətində həyata keçirilən bərpa işlərinin gedişi ilə tanışlıq olub.
 

Daha sonra Zuxul kəndi ərazisində sel sularının təsiri nəticəsində zərər görmüş su kanalına baxış keçirilib, gələcəkdə oxşar halların qarşısının alınması məqsədilə görüləcək tədbirlər müzakirə olunub.


Eyni zamanda, dağlıq kəndlərdə yerləşən sərhəd zastavalarında xidmət edən hərbi qulluqçularla görüş keçirilib, hərbi obyektlərin ərazisinə gedən yollara baxış olub. İcra başçısı sərhədçilərin xidmət şəraiti ilə yaxından tanış olub, onlarla səmimi söhbət edərək gündəlik fəaliyyətləri ilə maraqlanıb və çətin, eyni zamanda şərəfli xidmətlərində onlara uğurlar arzulayıb.

Daha sonra rayon icra hakimiyyətinin başçısı və aparatın məsul şəxsləri Hil kəndində olublar.

Burada kənddə aparılması nəzərdə tutulan elektrik təchizatının yenilənməsi işləri ilə bağlı podratçı təşkilat tərəfindən ətraflı məlumat verilib. Qeyd olunub ki, elektrik təchizatının yenilənməsi layihəsi kəndin elektrik enerjisi ilə təminatının daha dayanıqlı və keyfiyyətli şəkildə təşkilinə xidmət edəcək.








Aytəkin Alxaslı, Bizim.Media, Şimal bürosu

Seçilən
22
bizim.media

1Mənbələr