AZ

“Bavariya”dan tarixi rekord

“Bavariya” Almaniya Bundesliqasında bir mövsümdə ən çox qol vuran komanda kimi yeni mütləq rekord müəyyənləşdirib.

Publika.az xəbər verir ki, bu barədə çempionatın rəsmi saytı məlumat yayıb.

29-cu turda Vensan Kompaninin komandası səfərdə “Sankt-Pauli”ni 5:0 hesabı ilə darmadağın edib. Hesabı Camal Musiala açıb, ikinci hissədə isə Leon Qoretska, Maykl Olise, Nikolas Cekson və Rafael Qerreyro fərqləniblər.

Bu qələbə sayəsində Münhen təmsilçisi cari mövsümdə vurduğu qolların sayını 105-ə çatdırıb ki, bu da yeni rekorddur. Əvvəlki rekord 101 qol olub və 1971/72 mövsümündə elə “Bavariya” tərəfindən müəyyənləşdirilmişdi.

Seçilən
46
publika.az

1Mənbələr