AZ

FHN qeyri-sabit hava şəraiti ilə əlaqədar əhaliyə müraciət edib

Azərbaycanın Fövqəladə Hallar Nazirliyi bəzi ərazilərdə gözlənilən küləkli və qeyri-sabit hava şəraiti ilə əlaqədar əhaliyə xəbərdarlıq edib. 

Nazirlik Milli Hidrometeorologiya Xidmətinə istinadən bildirib ki, yaxın günlərdə ayrı-ayrı yerlərdə intensiv yağış, dağ çaylarında qısamüddətli sel, şimşək və arabir güclü külək proqnozlaşdırılır. 

Qurum güclü külək zamanı yüngül konstruksiyalı tikililərdən, reklam lövhələrindən və elektrik xətlərinin, hündür ağacların yaxınlığından uzaq durmağı tövsiyə edib.

Nazirlik qeyd edib ki, külək yanğınların söndürülməsini çətinləşdirdiyindən bu hava şəraitində yanğın təhlükəsizliyi qaydalarına ciddi əməl olunmalıdır. Kiçikhəcmli gəmi istifadəçilərinə isə dənizə çıxmamaq tövsiyə olunub. 

Eyni zamanda, intensiv yağıntıların yarada biləcəyi sel və daşqın riski ilə əlaqədar təhlükəli ərazilərdən uzaq durmaq və zərurət yaranarsa yüksək ərazilərə çəkilmək məsləhət görülür.

Nazirlik ildırım zamanı elektrik cihazlarının şəbəkədən ayrılmasını, açıq havada metal konstruksiyalardan və hündür ağaclardan uzaq durmağı, avtomobildə olanlara isə hərəkəti dayandıraraq təhlükənin keçməsini gözləməyi tövsiyə edib. 

FHN vətəndaşları təhlükəsizlik qaydalarına əməl etməyə çağıraraq, fövqəladə hallarda 112 qaynar xəttinə müraciət etməyi xatırladıb.

Seçilən
32
17
anews.az

10Mənbələr