İngiltərənin Devon qraflığında dünyanın ən dəhşətli ərazilərindən biri kimi tanınan məşhur kənd var.
Publika.az "Express" nəşrinə istinadən xəbər verir ki, Halsends adlı bu yaşayış məntəqəsi illərdir ki, faciəvi və qorxulu tarixi ilə turistləri özünə cəlb edir. Belə ki, balıqçı kəndi olan Halsends 1917-ci ildə su altında qalaraq yoxa çıxıb.
Məqalədə yazılıb: "Bu ərazi əslində möhtəşəm mənzərəyə malik sahil əraziləri ilə məşhurdur. Lakin bu gözl mənzərə yaradan sahil xətti təbiətin "şıltaqlığı" səbəbindən ortaya çıxmayıb. Əksinə, bu, insan əməyinin nəticəsidir. Bu gün Halsendsin ərazisi əsasən dalğaların altında qalır".
"Time Out" jurnalı isə bu kəndi Britaniyanın ən qorxulu kəndlərindən biri adlandırıb.
Nə baş verib?