İran tərəfi ABŞ-ın təklif etdiyi sazişin şərtlərini qəbul etməyib.
Publika.az xəbər verir ki, bu barədə İslamabaddakı danışıqların yekununda jurnalistlərə ABŞ-ın vitse-prezidenti Cey Di Vens deyib.
"Onlar bizim şərtləri qəbul etməməyə qərar verdilər", - deyə o qeyd edib.
Vens vurğulayıb ki, nümayəndə heyətləri arasında razılığın əldə olunmaması Birləşmiş Ştatlardan çox İran üçün pis xəbərdir.
Onun sözlərinə görə, Amerika nümayəndə heyəti Tehranla sövdələşməyə nail olmadan vətənə qayıdır.