AZ

Bəqai: İslamabad danışıqlarının uğuru ABŞ-nin qanunsuz tələblərdən çəkinməsindən asılıdır

Rəsmi Tehran İran və ABŞ arasında Pakistanın paytaxtı İslamabadda keçirilən danışıqların uğurunun qarşı tərəfin qanunsuz tələblərdən çəkinməsindən asılı olduğunu bildirib.

"Report"un məlumatına görə, bu barədə İran Xarici İşlər Nazirliyinin (XİN) sözçüsü İsmayıl Bəqai "X" sosial media hesabındakı paylaşımda bildirib.

"Bu diplomatik prosesin uğuru ambisiyalı və qeyri-qanuni tələblərdən çəkinməkdən, habelə İranın hüquqlarının və qanuni mənafelərinin qəbul edilməsindən asılıdır", - Bəqai bildirib.

O bildirib ki, danışıqlar çərçivəsində tərəflər arasında çoxsaylı mətn mübadiləsi olub.

"Son 24 saat ərzində Hörmüz boğazı, nüvə məsələsi, müharibə təzminatı, sanksiyaların ləğvi, İrana qarşı və regionda müharibənin tamamilə sona çatması da daxil olmaqla, əsas müzakirə mövzularının müxtəlif aspektləri barədə danışıqlar aparılıb", - deyə qeyd edən Bəqai vasitəçilik missiyasını yerinə yetirən Pakistana təşəkkür edib.

Xatırladaq ki, İslamabadda Pakistanın vasitəçiliyi ilə İran və ABŞ arasında danışıqların ilk günü başa çatıb. Məsləhətləşmələrdə Vaşinqtonu Cey Di Vensin başçılıq etdiyi, tərkibinə prezidentin xüsusi elçisi Stiv Uitkoff və sahibkar Cared Kuşnerin də daxil olduğu nümayəndə heyəti təmsil edir. İran tərəfindən isə danışıqlarda parlamentin spikeri Məhəmmədbaqer Qalibaf və XİN rəhbəri Abbas Əraqçi iştirak edirlər. Görüşdə həmçinin Pakistan Quru Qoşunlarının qərargah rəisi Asim Munir də iştirak edir.

Seçilən
71
15
far.az

10Mənbələr