AZ

ABŞ-İran danışıqlarının növbəti mərhələsi bu tarixdə keçiriləcək

İran və Birləşmiş Ştatlar arasındakı danışıqlar daha bir gün uzadılıb, yeni raund aprelin 12-də İslamabadda keçiriləcək.

Publika.az xəbər verir ki, bu barədə İranın "Tasnim" agentliyi məlumat yayıb.

Qeyd olunub ki, ABŞ nümayəndə heyətinin tələbləri və İranın öz dövlət maraqlarını qorumaqdakı israrı nəzərə alınaraq, Pakistanın hər iki nümayəndə heyəti tərəfindən qəbul edilən təklifi ilə danışıqların yeni raundu bazar günü baş tutacaq.

İran hökuməti isə öz növbəsində bəyan edib ki, tərəflər arasında fikir ayrılıqlarının qalmasına baxmayaraq, Tehran və Vaşinqton arasındakı danışıqlar davam etdiriləcək.

Yaxın Şərqdə nizamlanma ilə bağlı İran və ABŞ arasındakı danışıqlar aprelin 11-də İslamabadda, Pakistanın Baş naziri Şahbaz Şərifin vasitəçiliyi ilə keçirilib. Tərəflər üç raund danışıqlar aparıblar.

Seçilən
69
15
publika.az

10Mənbələr