AZ

ABŞ hərbi gəmiləri Hörmüz boğazından keçib? -İRAN TƏKZİB EDİR

İran ABŞ hərbi gəmilərinin Hörmüz boğazından keçidini təkzib edir.

 

Bu barədə “Tasnim”ə yüksək vəzifəli iranlı təhlükəsizlik rəsmisi bildirib.

 

Qeyd edilib ki, rəsmi Tehran ABŞ Hərbi Dəniz Qüvvələrinə məxsus gəmilərin bu gün Hörmüz boğazından keçdiyi ilə bağlı “Axios”un məlumatlarını qəti şəkildə rədd edir.

 

O da bildirilib ki, atəşkəs qüvvəyə mindikdən sonra bu strateji su yolundan heç bir gəmi keçməyib.

 

Senzor.az xatırladır ki, bundan əvvəl "Axios" ABŞ rəsmisinə istinadən bu ölkənin Hərbi Dəniz Qüvvələrinə məxsus bir neçə gəminin şənbə günü Hörmüz boğazından keçdiyi barədə məlumat yaymışdı. Özü də bu addımın İranla razılaşdırılmadığını vurğulamaqla. 

 

"Bu, müharibə başlayandan bəri ABŞ hərbi gəmilərinin boğazdan ilk keçidi hesab olunur", - deyə məlumatda bildirilmişdi.

Seçilən
35
2
senzor.az

10Mənbələr