AZ

Pezeşkian: Sistem dağılmır, proses nəzarət altındadır

İranda təchizat və paylama sistemi ilə bağlı mühüm açıqlama verilib.

Musavat.com xəbər verir ki, ölkə prezidenti Məsud Pezeşkian mövcud mexanizmlərin sabit şəkildə fəaliyyət göstərdiyini bildirib.

Onun sözlərinə görə, təchizat və təminat sistemi heç bir dalğalanma olmadan, planlı və nizamlı çərçivədə işləməyə davam edir. Prezident vurğulayıb ki, proses tam nəzarət altındadır və daxili bazarın sabitliyi qorunur.

Pezeşkian əlavə edib ki, əhalinin əsas ehtiyaclarının təmin olunması istiqamətində hər hansı problem gözlənilmir və dövlət bu sahədə nəzarəti davam etdirir.

Musavat.com

Seçilən
46
musavat.com

1Mənbələr