Uqandada şimpanzelər arasında qeyri-adi və nadir qarşıdurma müşahidə olunur.
Musavat.com xəbər verir ki, münaqişənin başlanğıcı 2015-ci ilə gedib çıxır. Həmin dövrdə qrup daxilində tarazlığı qoruyan bir neçə erkək şimpanzenin ölümü vəziyyəti dəyişib. Onların yerini daha aqressiv fərdlər tutduqdan sonra qrup daxilində gərginlik artmağa başlayıb.
Təxminən 200 şimpanzenin olduğu icma zamanla iki düşərgəyə parçalanıb. 2018-ci ilə gəldikdə isə qarşıdurma açıq savaş mərhələsinə keçib. Qruplardan biri digərinə qarşı sistemli hücumlar həyata keçirməyə başlayıb.
Bildirilir ki, bu toqquşmalar çox vaxt erkək şimpanzelərin ölümü ilə nəticələnir. Alimlər baş verənləri xüsusi diqqətlə araşdırırlar. Çünki şimpanzelər arasında bu cür uzunmüddətli və təşkilatlanmış qarşıdurmalar olduqca nadir hallarda qeydə alınır.
Musavat.com