AZ

Demensiyanın gözlənilməz gizli səbəbi müəyyən edildi

Amerikalı alimlər bağırsaq mikroflorası ilə ağır neyrodegenerativ xəstəliklər - yan amiotrofik skleroz (YAS) və frontotemporal demensiyanın inkişafı arasında gözlənilməz əlaqə aşkar ediblər.

Publika.az xəbər verir ki, tədqiqat işi "Cell Reports" jurnalında dərc olunub.

Tədqiqatçılar müəyyən ediblər ki, bəzi bağırsaq bakteriyaları qlikogenin - şəkərlə əlaqəli maddənin iltihab reaksiyasına səbəb olan və neyronların məhvinə gətirib çıxaran xüsusi formalarını istehsal edə bilər. Alimlər pasiyentlərin məlumatlarını analiz edərək aşkar ediblər ki, YAS və ya demensiyası olan insanların 70%-ində belə qlikogenin səviyyəsi yüksək olub. Sağlam insanlar arasında analoji göstəricilərə təxminən iki dəfə daha az rast gəlinib.

Bu kəşf sözügedən xəstəliklərin ən yayılmış genetik səbəbi olan "C9ORF72" mutasiyasının daşıyıcıları üçün xüsusi əhəmiyyət kəsb edir. Bütün daşıyıcılarda xəstəlik inkişaf etmir və indi alimlər ehtimal edirlər ki, burada əsas rolu məhz bağırsaq mikroflorasının vəziyyəti oynaya bilər.

Həzm Sistemi Sağlamlığı İnstitutundan Aleks Rodriqes-Palasiosun izah etdiyi kimi, eksperimentlər zamanı zərərli birləşmələrin səviyyəsini azaltmaq mümkün olub ki, bu da laboratoriya heyvanlarının beyin vəziyyətinin yaxşılaşmasına və ömürlərinin uzanmasına səbəb olub. Tədqiqat mikrobsuz yetişdirilmiş steril siçanlardan — xüsusi modellərdən istifadə sayəsində mümkün olub. Bu, konkret bakteriyaların xəstəliyin inkişafına təsirini dəqiq müəyyən etməyə imkan verib.

Seçilən
27
publika.az

1Mənbələr