Qərb mediasında yayılan bir görüntü ətrafında qalmaqal yaranıb.
Musavat.com xəbər verir ki, İran tərəfinin ABŞ nümayəndəsi C. D. Vens və İran parlamentinin sədri Məhamməd Bağır Qalibaf ilə birgə fotosessiyaya icazə verməməsindən sonra bəzi media qurumları süni intellektdən istifadə edərək onların birlikdə olduğu saxta görüntülər hazırlayıb.
Məlumata görə, NOS tərəfindən yayımlanan və daha sonra Pakistan mediasında tirajlanan şəkil saxtadır. Həmin görüntüdə Vens və Qalibaf sanki eyni məkanda yanaşı dayanmış kimi göstərilib.
Bu görüntünün real hadisəni əks etdirmədiyi və süni intellekt vasitəsilə yaradıldığı bildirilir.
Musavat.com