Azpolitika.az saytından verilən məlumata görə, ain.az xəbər verir.
Dünyanın diqqəti ABŞ və İran arasında aparılan danışıqlara yönəldiyi bir vaxtda Hörmüz Boğazında ciddi gərginlik yaşanıb.
"AzPolitika" xəbər verir ki, İran mediasının yaydığı məlumatlara görə, ABŞ-yə məxsus hərbi gəmi bölgədə hərəkət edərkən İran Silahlı Qüvvələri tərəfindən izlənilib və ona sərt xəbərdarlıq edilib.
Məlumatda bildirilir ki, ABŞ Hərbi Dəniz Qüvvələrinə məxsus bir esmines Birləşmiş Ərəb Əmirliklərinin Fuceyra limanından çıxaraq Hürmüz Boğazı istiqamətində hərəkət edib. İran tərəfi isə gəminin bölgəyə yaxınlaşmasını yaxından izləyib və onun hərəkətinin davam edəcəyi təqdirdə hədəfə alınacağı barədə xəbərdarlıq edib.
İran tərəfi bu vəziyyəti Pakistanda – İslamabadda aparılan ABŞ–İran danışıqlar heyətinə də çatdırıb. Eyni zamanda, xəbərdarlığın Pakistan vasitəsilə ABŞ tərəfinə ötürüldüyü qeyd olunur.
İran Silahlı Qüvvələrinin ABŞ hərbi gəmisinə “Hörmüz Boğazına yaxınlaşarsa, 30 dəqiqə ərzində vurulacaq” məzmunlu ciddi mesaj göndərdiyi, bu addımın isə davam edən diplomatik müzakirələrə mənfi təsir göstərə biləcəyi bildirilib.
Məlumata əsasən, sərt xəbərdarlıqlardan sonra ABŞ esminesinə geri çəkilmə əmri verilib və gəmi bölgədən uzaqlaşıb.
Hadisə ilə bağlı rəsmi Vaşinqton və Tehran tərəfindən hələlik əlavə açıqlama verilməyib.
Qeyd edək ki, ABŞ müdafiə naziri Pit Heqset öz “X” hesabında ABŞ Hərbi Dəniz Donanmasına aid iki gəmi Hörmüz boğazından keçdiyini iddia etmişdi.
İran bunu təkzib edərək, Pit Heqsetin yalan məlumat verdiyini bəyan edib.
"Azpolitika.info"
Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.