Bakı, 12 aprel, AZƏRTAC
İngiltərə Premyer Liqasının XXXII turunda “Liverpul” və “Fulhem” komandaları arasında keçirilən oyun başa çatıb.
AZƏRTAC xəbər verir ki, Liverpuldakı “Enfild” stadionunda gerçəkləşən görüş Mersisayd təmsilçisinin 2:0 hesablı qələbəsi ilə bitib.
Bu nəticədən sonra “Liverpul” çempionatın turnir cədvəlində 52 xalla beşinci, “Fulhem” isə 44 xalla 11-ci yerdə qərarlaşıb.